Yupp Haynkes ilk pillədə, Fatih Terim 15-ci sırada
17.06.2013 - 22:26
Yupp Haynkes ilk pillədə, Fatih Terim 15-ci sırada
Amerikanın “Bleacher Report” saytı dünyanın ən yaxşı 20 məşqçisinin reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda olan mütəxəssislərin bir çoxu hazırda işləyir, digərləri isə klubsuzdur.

Reytinq cədvəlinə cari mövsümdə “Bavariya” ilə Bundesliqanın, Almaniya kubokunun və Çempionlar Liqasının qalibi olmuş Yupp Haynkes başçılıq edir.

2-ci sırada “Real”dan ayılaraq, yenidən “Çelsi” ilə 4 illik müqavilə imzalayan Joze Mourinyo qərarlaşıb. İspaniya milli komandası ilə son dünya və Avropa çempionluğu yaşayan Visente del Boske isə siyahının 3-cü pilləsini tutur.

Qeyd edək ki, “Qalatasaray”ın baş məşqçisi Fatih Terim reytinq cədvəlinin 15-ci pilləsində yer alıb.

Ən yaxşı 20 məşqçi:

1. Yupp Haynkes
2. Joze Mourinyo
3. Visente del Boske
4. Xosep Qvardiola
5. Ottmar Hitsfeld
6. Lui van Qal
7. Marçello Lippi
8. Rafael Benites
9. Karlo Ançelotti
10. Arsen Venger
11. Qus Hiddink
12. Luis Felipe Skolari
13. Yurgen Klopp
14. Manuel Pelleqrini
15. Fatih Terim
16. Mirça Luçesku
17. Antonio Konte
18. Marselo Belsa
19. Andre Villaş-Boaş
20. Luçano Spalletti