Federiko Peluzo birdəfəlik “Yuventus”un oyunçusu oldu
17.06.2013 - 23:23
2012-2013 mövsümünün ikinci yarısında “Yuventus”un formasını icarə əsasında geyinən müdafiəçi Federiko Peluzo birdəfəlik “Qoca Sinyora”nın futbolçusu olub. Apasport.az saytının məlumatına görə, transfer hüquqları “Atalanta”ya aid olan 29 yaşlı oyunçunu Turin klubu heyətinə qatıb.
“Yuventus” Peluzounun keçidi üçün qarşı tərəfə 4,8 milyon avro ödəyib. Turinlilər bu məbləği “Atalanta”ya iki il müddətinə verəcək. Futbolçunun özü ilə isə 2017-ci ilə qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Federiko Peluzo yarım mövsüm ərzində 30 oyunda meydana çıxıb.

0
0