Avstriya toplanışının 3-cü günü
18.06.2013 - 01:25
Avstriya toplanışının 3-cü günü
İnter” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Tirol toplanışın üçüncü günü 2 məşqdən ibarət olub.

Komanda saat 10.30-da və 17.30-da məşqə çıxıb. Səhərki məşq isinmə hərəkətlərlə başlayıb, daha sonra “İnter” futbolçuları fiziki tapşırıqları yerinə yetiriblər. Axşam məşqində isə oyunçular daha çox topla məşq ediblər və bir neçə komandaya bölünərək kiçik qapılara futbol oynayıblar.

Qeyd edək ki, bu gün “İnter” toplanış çərçivəsində ilk yoxlama görüşünə çıxacaq.