Braziliya İtaliyanı, Meksika Yaponiyanı məğlub etdi - YENİLƏNİB
23.06.2013 - 00:55
Braziliya İtaliyanı, Meksika Yaponiyanı məğlub etdi - YENİLƏNİB
Braziliyada keçirilən Konfederasiyalar Kubokunda qrup oyunlarına yekun vurulur. Apasport.az saytının məlumatına görə, sayca 9-cu dəfə reallaşan yarışın 6-cı günündə daha iki matç baş tutub.

Artıq yarımfinala vəsiqə qazanan İtaliya milli komandası ilə ev sahibləri Braziliya yığması münasibətlərinə aydınlıq gətirib. Görüşdə “sambaçılar” 4:2 hesabı ilə qalib gələrək, növbəti mərhələyə qrup liderliyi kimi yüksəlib.

Digər matçda isə turnirdə iddiaları qalmayan Yaponiya ilə Meksika üz-üzə gəlib. Bu oyunda isə meksikalılar üstün olublar.

Qeyd edək ki, Konfederasiyalar Kuboku ilk dəfə 1992-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Kral Fəhd Kuboku adı altında baş tutan turniri ən çox Braziliya qazanıb – 3 dəfə (1997, 2005, 2009). 2 dəfə (2001, 2003) Fransa, hərəyə 1 dəfə isə Argentina (1992), Danimarka (1995) və Meksika (1999) qalib gəlib.


Konfederasiyalar Kuboku
22 iyun
A qrupu

İtaliya – Braziliya – 2:4
QOLLAR: Qyaççerini, 51, Kyellini, 70 - Dante, 45, Neymar, 55, Fred, 66; 88

Yaponiya – Meksika – 1:2
QOLLAR: Okazaki, 86 - Çikarito, 54; 66