“İnter” “Krasnodar”la qolsuz heç-heçə etdi - YENİLƏNİB
22.06.2013 - 17:46
Ölkəmizi Avropa Liqasında təmsil edəcək “İnter” Avstriyada ikinci yoxlama oyununu bu gün keçirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin təlim-məşq toplanışında növbəti rəqibi “Krasnodar” olub.
Rusiya Premyer Liqa təmsilçisi ilə Valxzee qəsəbəsinin eyniadlı stadionunda baş tutan, yerli hakimlərin idarə etdiyi matç qolsuz bərabərliklə nəticələnib.
Qeyd edək ki, Avstriyada keçirilən ilk yoxlama matçında “İnter” “İnsbruk”a 8:0 hesabı ilə qalib gəlib gəlib. Rusiya Premyer Liqasını 10-cu pillədə başa vuran “Krasnodar” isə Donetsk “Şaxtyor”una 1:2 hesabı ilə uduzub.
Yoxlama oyunu
22 iyun
“İnter” (AZƏRBAYCAN) - “Krasnodar” (RUSİYA) - 0:0
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 72-ci dəqiqəsində rəqib qol vursa da, Vanderson ofsaydda olduğuna görə dəqiq zərbəsi hesaba alınmayıb. Bundan 3 dəqiqə sonra isə krasnodarlıların futbolçusu Joazinyo topu yana vurmaq istəyərkən zrəbəsi yan xətt hakiminin başına dəyib. Matç dayandırılaraq, hakimi özünə gətirmək üçün tibbi yardım göstərilib.

0
0