Benites Avroliqadakı təmsilçimizə gəldi
22.06.2013 - 17:22
Benites Avroliqadakı təmsilçimizə gəldi
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “İnter”in düşərgəsində daha bir ispaniyalı futbolçu yer alıb. Apasport.az saytının məlumatına görə, birbaşa müqaviləyə gələn mərkəz yarımmüdafiəçisi Migel Alvaro ilə yanaşı, İvan Benites bakılıların Avstriytadakı təlim-məşq toplanışında qərarlaşıb.

Rusiyanın “Krasnodar” klubu ilə bugünkü yoxlama oyununsa start heyətində meydana çıxan 25 yaşlı Benites müdafiənin mərkəzində oynayır. “Las Palmas”ın yetirməsi “Barselona” və “Atletiko”un B komandalarında forma geyib. 2011-ci ildə Kiprdə çıxış edən İvan əvvəl “Doksa”da 10 matçda oynayıb, ardından “Nea Salamis”də 23 görüş keçirib. O, İspaniyanın 19 yaşlılardan ibarət yığmasında 1 oyuna çıxıb.