“Xəzər Lənkəran” daha bir futbolçu ilə müqavilə imzalayacaq
23.06.2013 - 13:02
Almaniyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” növbəti transferini reallaşdırır. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar”ın uesli baş məşqçisi Con Toşak komandanın düşərgəsində olan qolkiper Duqlas Leyte ilə bağlı son qərarını verib.
Belə ki, cənub klubu 33 yaşlı braziliyalı futbolçu ilə 1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Leyteni “Xəzər Lənkəran”ın düşərigəsinə “ağ-yaşıllar”ın sabiq futbolçusu, artıq karyerasını bitirən Mario Souza gətirib. Karyerasını daha çox vətənində keçirən Leyte son olaraq “Audaks Rio”da oynayıb. O, Avropada legioner həyatını 2007-ci ildə Portuqaliyada “Akademika”da keçirib.

0
0