“Qarabağ”a uğur qazanmaq üçün gəlmişəm”
23.06.2013 - 13:25
“Qarabağ”a gəldiyim üçün çox məmnunam. Bilirəm ki, yeni komandam yüksək hədəflər üçün mübarizə aparır”. Apasport.az saytının məlumatına görə, bu sözləri ölkəmizi Avroliqada təmsil edəcək “Qarabağ”ın yeni transferi Nikoloz Gelaşvili deyib.
Gürcüstan millisinin hücumçusu Ağdam təmsilçisinə keçidi ilə bağlı təəssüratlarını klubun rəsmi saytında bölüşüb: “Bizi çətin mübarizə gözləyir. Həm Avroliqada, həm də çempionatda. Komandada hər kəs məni mehriban qarşıladı. Bura uğur qazanmaq üçün gəlmişəm. “Qarabağ”ın yaxşı nəticə qazanması üçün əlimdən gələnin ən yaxşısını edəcəm. Buna əmin ola bilərsiz. Yeni komanddamda meydana çıxacağım günü səbirsizliklə gözləyirəm”.

0
0