“Qarabağ” “Mordoviya” ilə 2 dəfə qarşılaşacaq
23.06.2013 - 13:48
“Qarabağ” “Mordoviya” ilə 2 dəfə qarşılaşacaq
“Qarabağ” Qızılcahamamda təlim-məşq toplanışını davam etdirir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, gündə 2 dəfə olmaqla hazırlıqlarını sürdürən komandanın bütün futbolçuları çalışmalarda iştirak edir.

Ağdam təmsilçisinin səhər çalışmaları yerli vaxtla 10:30-da, 2-ci məşqi isə 17:30-da reallaşır.

“Qarabağ” təlim-məşq toplanışında 2 oyun keçirməyi planlaşdırırdı. Daha öncə “Sepehan”la oynamağı istəsə də, İran klubuna Türkiyəyə gəlməməsi planın baş tutmasını əngəlləyib.

Belə də baş məşqçi Qurban Qurbanovun yetirmələri hər 2 görüşdə
“Mordoviya” ilə qarşılaşacaq. Rus təmsiçisi ilə ilk oyun iyunun 24-ü, digəri isə 27-i baş tutacaq.