Ruslan Abışov oynadı, “Rubin” bərabərə qaldı
23.06.2013 - 14:07
Ruslan Abışov oynadı, “Rubin” bərabərə qaldı
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” Avstriyadakı təlim-məşq toplanışında üçüncü yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi növbəti mövsümə hazırlıq üçün “Styaua” ilə qarşılaşıb.

Daha əvvəl “Zlate-Moravtse”yə (0:1) uduzan, Miyava “Spartak”ını (3:1) məğlub edən Tatarıstan təmsilçisi bu dəfə Rumıniya çempionu ilə qolsuz bərabərə qalıb - 0:0.

Bu görüşdə yığmamızn üzvü Abışov da forma geyinib. O, matçın ikinci hissəsində meydana daxil olub.

Qeyd edək ki, “Rubin” Sloveniyadakı təlim-məşq çərçivəsində isə iyulun 3-də Ukraynanın “Zarya” klubu ilə yoxlama matçında qüvvəsini sınayacaq.