İtaliya millisi Bolqarıstan yığması ilə Palermoda oynayacaq
23.06.2013 - 15:38
İtaliya millisi Bolqarıstan yığması ilə Palermoda oynayacaq
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə qarşılaşacaq olan İtaliya milli komandasının oynayacağı məkan müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Skuadra Adzurra” sentyabrın 6-sında rəqibini Palermo şəhərinin “Renso Barbera” stadionunda qəbul edəcək.

Bu Palermoda italiylıların tarixində 11-ci matç olacaq. Sonuncu dəfə Priney təmsilçisi “Renso Barbera”da 2005-ci ilin oktyabrında oynayıb. Sloveniya ilə qarşılaşan İtaliya rəqibini 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, İtaliya millisi hazırda öz qrupunda 14 xalla liderdir. Bolqarıstan isə 10 xalla ikinci sırada qərarlaşıb.