“Məmmədyarov mənim reytinqimə uyğun gəlir”
23.06.2013 - 18:50
“Məmmədyarov mənim reytinqimə uyğun gəlir”
“Prinsip etibarilə bu, normal nəticədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Norveç şahmatçısı Maqnus Karlsen deyib.

O, Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr edilən şahmat üzrə ənənəvi beynəlxalq turnirinin son görüşündə təmsilçimiz Şəhriyar Məmmədyarovla oyununu dəyərləndirib: “Məmmədyarov mənim reytinqimə uyğun gəlir. Bütovlükdə öz oyunumun keyfiyyətiylə razı ola bilmirəm. Həddən artıq çox səhvə yol verdim. Belə xalla yarışı qazanmaq mümkün deyil”.

Qeyd edək ki, Boris Gelfandın çempion olduğu turniri Məmmədyarov (5) üçüncü yerdə, Karlsen (5,5) isə ikinci pillədə başa vurub.