“Gefle”dən ilk addım
27.07.2013 - 10:41
“Gefle”dən ilk addım
Avropa Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İsveçin “Gefle” klubu avqustun 8-də baş tutacaq cavab oyunu ilə bağlı hazırlıqlara start verib. Apasport.az saytının məlumatına görə, Qavle şəhərinin komandası ev oyununda azarkeş dəstəyinin olması üçün əl-ayağa düşüb.

Öz doğma arenası UEFA standartlarına cavab verməyən “Gefle” avrokuboklarda digər İsveç klubu “Sundsvall”a məxsus arenada çıxış edir. Həmin arenada tribunaların azarkeşlərlə dolu olması üçün indidən hərəkətə keçən “Gefle” rəhbərliyi azarkeşləri Gavledən Sundsvalla aparmaq üçün avtobuslar sifariş verib.