AFFA-nın baş katibi UEFA-nın tədbirində
27.07.2013 - 11:46
AFFA-nın baş katibi UEFA-nın tədbirində
İsveçin Stokholm şəhərində UEFA-nın qadın futbolunun inkişafına həsr olunmuş tədbiri keçirilir. Apasport.az saytının məlumatına görə, tədbirdə UEFA-nın üz assosiasiyalarının baş katibləri, UEFA İcraiyyə Komitəsinin üzvləri, FİFA-nın qadın yarışlarının keçirilməsi və üzv assosiasiyaların inkişafı şöbələrinin nümayəndələri iştirak edir.

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanda qadın futbolunun hazırkı vəziyyəti, bu sahədə təşkil olunmuş tədbir və turnirlər, həyata keçirilməsi planlaşdırılan layihələrlə bağlı xüsusi təqdimatla çıxış edəcək.

Mənbə: affa.az