Millimizin ilk rəqibi Belarus yığması olacaq
27.07.2013 - 13:12
Millimizin ilk rəqibi Belarus yığması olacaq
Qırğızıstanda keçiriləcək “Dostluq kuboku” turnirinin təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, beynəlxalq yarışa qatılacaq 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının oyunlarının da vaxtı müəyyənləşib.

Millimiz ilk qarşılaşmasında Belarus futbolçuları ilə üz-üzə gələcək. 4 komandanın dairəvi sistemlə mübarizə aparacağı yarışda ikinci rəqibimiz Tacikistan millisi olacaq. Bişkekdəki son matçda isə yığmamız meydan sahiblərini sınağa çəkəcək.

1-ci tur
3 avqust

18:30. Azərbaycan - Belarus
18:30. Qırğızıstan – Tacikistan


2-ci tur
5 avqust

18:30. Tacikistan – Azərbaycan
18:30. Belarus – Qırğızıstan


3-cü tur
7 avqust

9:00. Tacikistan – Belarus
10:00. Qırğızıstan – Azərbaycan