“Qarabağ”ın 2 futbolçusu seçilənlər sırasında
27.07.2013 - 16:56
Avropa Liqasının II təsnifat mərhələsindən sonra fərdi statistik göstəricilər açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan futbolçularından yalnız “Qarabağ”ın üzvləri Vüqar Nadirovla Riçard Almeyda fərqlənənlər sırasına düşüb.
Nadirov çərçivəyə düşməyən zərbələri ilə seçilib. Arxada qalan 4 qarşılaşmada 9 belə zərbəsi olan 26 yaşlı futbolçu bu göstəricidə Avropa Liqasının 1-cisidir.
Nadirovun komanda yoldaşı Riçard Almeyda isə 1-ci olmasa da “Top-4”də qərarlaşıb. Braziliyalı 14 dəfə qayda pozuntusuna məruz qalıb. Rəqiblərinin yalnız qaydalar çərçivəsindən çıxmaqla dayandırdığı legioner yalnız Moldova “Milsami”sində çıxış edən Gilyerrmedən (15) geri qalır. Riçard 2-4-cü yerlərdə qərarlaşan 3 futbolçudan biridir.

0
0