Mais Mənsimov: Günahkarlar cəzalanmalıdı!
27.07.2013 - 17:08
Mais Mənsimov: Günahkarlar cəzalanmalıdı!
“Komandamızın Avropa Liqasında uğradığı məğlubiyyət hamımız üçün üzücü oldu. Rəhbərlik baş verənlərə görə məsuliyyət daşıyır”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimov deyib.

O, klubun rəsmi saytına açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsinin İsrail “Makkabi”si (Hayfa) ilə Lənkərandakı oyununda 0:8 hesablı məğlubiyyətə münasibət bildirib.

Mənsimov böyük hesablı məğlubiyyət sonrası atılan addımlar və qarşıda görüləcək işlərə də aydınlıq gətirib: “Hal-hazırda bu məsuliyyətdən irəli gələn tədbirlər təxirə salınmadan həyata keçirilməlidi. Komandaya yönələn bu diqqət və belə bir azarkeş dəstəyi müqabilində alınan uğursuz nəticə günahkarların aşkarlanıb cəzalanmasını tələb edir. “Xəzər Lənkəran”ı ən çətin anlarda tək buraxmayan azarkeşlərimiz qətiyyən buna layiq deyillər. Əminliklə bildirirəm ki, klub rəhbərliyi bu istiqamətdə lazımi nəticələr çıxarmaqla, tam ciddiyyəti üzrə tədbirlər görəcək və bu iş tam olaraq mənim nəzarətimdə olacaq".