“Qəbələ” son oyununda da qalib gəldi
28.07.2013 - 13:30
Ötən gün Avstriya toplanışına yekun vuran "Qəbələ" adıçəkilən ölkədə son sınaq oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Yuri Syominin yetirmələri Sloveniya təmsilçisi "Smartno" ilə üz-üzə gəlib.
Görüşdə “Qəbələ” 2:1 hesabı ilə qələbə qazanıb. Təmsilçimizin hər iki qolunu 27 və 40-cı dəqiqələrdə Leonardo Da Silva vurub.
Qeyd edək ki, “Qəbələ” daha əvvəl Türkiyənin "Gənclərbirliyi"ni 3:1, Macarıstanın "Zalaeqerseq" klubunu isə 3:0 hesabı ilə məğlub etmişdi.

0
0