“Qəbələ” toplanışa sülhlə yekun vurdu
28.07.2013 - 14:11
“Qəbələ” toplanışa sülhlə yekun vurdu
Gürcüstanda son yoxlama oyununu keçirən "Qəbələ"nin əvəzedicilərdən ibarət komandası vətənə dönüb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, son oyunda komanda Tsixinvali "Spartak"ı ilə qarşılaşıb.

Hər iki tərəfin səylərinə baxmayaraq, matçda hesab açılmayıb - 0:0.

Xatırladaq ki, "qırmızı-qaralar" toplanış çərçivəsində bu görüşə qədər daha 3 oyun keçiriblər. "Mark Stars of Georgia" (2:1) və Tbilisi "Dinamo"suna (2:0) qalib gələn təmsilçimiz "VİT Georgia" kollektivinə (0:4) məğlub olub.