"Baku Cup 2013" turnirinin qalibi bəlli oldu
28.07.2013 - 15:00
"Baku Cup 2013" turnirinin qalibi bəlli oldu
"Baku Cup 2013" turnirinin qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, finalda dünya reytinqində 71-ci olan 18 yaşlı ukraynalı tennisçi Elina Svitolina ilə reytinqdə 149-cu olan 26 yaşlı israilli tennisçi Şayar Peyer qarşılaşıb.

Görüşdə Svitolina 2:0 (6:4, 6:4) hesabı ilə qələbə qazanaraq, "Baku Cup 2013" turnirini çempion kimi başa vurub.

Qeyd edək ki, Elina Svitolina və Şayar Peyer daha öncə Şenzen turnirində də üz-üzə gəlmiş və Svitolina 2-0 (6:1, 6:3) qalib gəlmişdi.