Millimizin hücumçusu komandasında ilk qolunu vurdu
28.07.2013 - 15:36
Millimizin hücumçusu komandasında ilk qolunu vurdu
Millimizin hücumçusu Branimir Subaşiçin heyətində çıxış etdiyi “Orduspor”la yığmamızın digər üzvü Arif İsayev və Saşa Yunisoğlunun şərəfini qoruduğu “Dənizlispor” Boluda növbəti mövsümün hazırlıqlarını davam etdirirlər. Apasport.az saytının məlumatına görə, Türkiyənın I divizion klubları sözügedən şəhərdə yoldaşlıq oyununda qüvvəsini sınayıblar.

Görüşdə Ordu təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. Matçda hesabı 10-cu dəqiqədə penaltidən Subaşiç açıb. 60-cı dəqiqədə Kahe “Dənizlispor”un bərabərlik topunu vursa da, 86-cı dəqiqədə Aleksandr Kletskov “Orduspor”a qələbə gətirən qola imza atıb.

Qeyd edək ki, Subaşiç “Orduspor”un, Saşa isə “Denizlispor”un start heyətində meydana çıxıb.