“Skenderbeu”nun hücumçusu: “Şaxtyor” “Neftçi”dən zəifdir
28.07.2013 - 16:25
“Biz gücünü bilmədiyimiz bir komanda ilə üz-üzə gələcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çempionlar Liqasının II təsnifat mərhələsində təmsilçimiz “Neftçi”ni mübarizədən kənarlaşdıran Albaniyanın “Skenderbeu” klubunun hücumçusu Pero Peyiç deyib.
Xorvatiyalı futbolçu Avropanın ən titullu klub turnirinin III təsnifat mərhələsindəki rəqibləri olan Qazaxıstan “Şaxtyor”u haqda fikirlərini açıqlayıb.
O, karaqandalılarla Bakı təmsilçisini müqayisə edib: “Amma onu deyə bilərəm ki, “Şaxtyor” “Neftçi”dən zəifdir. Biz azərbaycanlılarla iki çox ağır oyun keçiridik. Düşünürəm ki, “Şaxtyor”la görüşdə də belə keçə bilər. Əlbəttə, Bakı klubuna qarşı mübarizə apardığımız kimi oynasaq, şansımız böyük olacaq. Əgər biz Qazaxıstan təmsilçisini keçə bilsək, onda Çempionlar Liqasında oynayacağıq. Bu il bizim ilimizdir və biz də buna nail olacağıq. “Şaxtyor”la matçda qələbə qazanacağımızı indidən demək mümkün deyil. Çünki bunu yalnız Allah bilir. Mən bu görüşdə komandam üçün əlimdən gələni edəcəyəm. Necək ki, “Neftçi”yə qarşı olunda olduğu kimi”.
Qeyd edək ki, “Skenderbeu” Bakıda “Neftçi” ilə 0:0 hesablı bərabərə qalıb. Doğma meydanda isə albaniyalılar təmsilçimizi məğlub edib – 1:0.

0
0