Təmsilçimiz “Bucaspor”da debüt etdi, komandası qazandı
28.07.2013 - 16:46
Təmsilçimiz “Bucaspor”da debüt etdi, komandası qazandı
Azərbaycanlı futbolçu Ramal Hüseynovun şərəfini qoruduğu “Bucaspor” yeni mövsümün hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Türkiyə klubu ötən gün ilk yoxlama oyununda qüvvəsini sınayıb.

PTT I liqa təmsilçisi klub bazasında “Menemen Bələdiyəspor”la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmada təmsilçimizin komandası minimal hesabla qalib gəlib - 1:0. Görüşdə yeganə qolu 64-cü dəqiqədə Həsən Karakaş vurub.

Bu matçda Hüseynov debüt edib. O, fasilədən sonra Okanın yerinə meydana daxil olub və sonadək də mübarizə aparıb.