Marko Radas “Neftçi”ni “Şaxtyor”la müqayisə etdi
28.07.2013 - 17:31
“Şaxtyor”u keçmək şanslarımız var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çempionlar Liqasının II təsnifat mərhələsində təmsilçimiz “Neftçi”ni mübarizədən kənarlaşdıran Albaniyanın “Skenderbeu” klubunun müdafiəçisi Marko Radas deyib.
Xorvatiyalı oyunçu Avropanın ən titullu klub turnirinin III təsnifat mərhələsindəki rəqibləri olan Qazaxıstan “Şaxtyor”u ilə təmsilçimizi müqayisə edib.
O bildirib ki, “Şaxtyor” “Neftçi”dən çox zəyifdir: “Düzdür, rəqib güclüdür. Amma yenə də onları məğlub edəcəyik. Bu il bizim güclü komandamız var. Mən emosiyalarımı təsvir etmək üçün söz tapa bilmirəm. Biz Qazaxıstan klubunun oyunlarını video vasitəsi ilə izləmişik. Rəqibin yaxşı elementləri var. Onlar güclü BATE-ni mübarizədən kənarlaşdırdılar. Həmçinin Karaqanda təmsilçisinin bizə baxanda, böyük büdcəsi var. Amma mən düşünürəm ki, “Şaxtyor” “Neftçi”dən daha zəyif komandadır. Biz bakılılarla oyunadığımız kimi mübarizə aparsaq, onları da məğlub edə bilərik”.
Qeyd edək ki, Marko Radas “Neftçi” ilə hər iki görüşdə meydana start heyətdə çıxıb.

0
0