“Bakı” I divizion təmsilçisinə 7 top vurdu
28.07.2013 - 19:35
Topaz Premyer Liqasının ilk turunda “Qəbələ” ilə qarşılaşacaq “Bakı” hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, “zolaqlılar” bu gün Avstriyadakı təlim-məşq toplanışından sonra paytaxtda ilk yoxlama oyununu keçirib.
Baş məşqçi Milinko Pantiçin yetirmələri I divizion təmsilçisi “Lokomotiv”lə üz-üzə gəlib. Görüşdə “Bakı” rəqibini darmadağın edib – 7:0. “Zolaqlılar”ın qollarına Aleksandara Şoliç (4), Pena (1), Deyvidas Çesnauskis (1) və Mindauqas Kalonas (1) imza atıb.
Qeyd edək ki, “Bakı” klubun təlim-məşq bazasının stadionunda “Qəbələ”ni avqustun 2-də qəbul edəcək.

0
0