David Qarayevsiz komandası uduzdu
28.07.2013 - 20:12
Rusiya I divizionunda V turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu David Qarayevin şərəfini qoruduğu “OİK-Energiya” doğma azarkeşləri önündə Saransk “Mordoviya”sı ilə münasibətlərinə aydınlıq gətirib.
Qarşılaşmada təmsilçimizin komandası minimal hesabla uduzub – 0:1.
Bu görüşdə U-19 millimizin üzvü David Qarayev forma geyinməyib. 18 yaşlı yarımmüdafiəçi “18-liy”ə daxil edilsə də, meydana çıxma şansı əldə etməyib.
Qeyd edək ki, Qarayevin komandası 5 oyundan sonra 5 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsinə qərarlaşıb.

0
0