Abışov oynamadı, “Rubin” xal itirdi
28.07.2013 - 23:01
Abışov oynamadı, “Rubin” xal itirdi
Rusiya Premyer Liqasında III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” növbəti matçını keçirib.

Kazan klubu səfərdə “Terek”lə üz-üzə gəlib. Görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0.

Bu matçda təmsilçimiz “18-liy”ə daxil edilsə də, meydana çıxmayıb.

Qeyd edək ki, “Rubin” 3 oyundan sonra 5 xal toplayıb və turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.