Almaniya ardıcıl 6-cı dəfə Avropa çempionu!
28.07.2013 - 21:35
İsveçdə keçirilən qadınlar arasında Avropanın çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, həlledici görüşdə Almaniya yığması ilə Norveç millisi qarşılaşıb.
Görüşdə almanlar minimal hesabla qələbə qazanaraq, ardıcıl 6-cı dəfə qitənin ən güclüsü olub. Oyunda yeganə qolu 49-cu dəqiqədə Anya Mitaq vurub. Çempionların qapıçısı Nadin Anqerer isə gecənin qəhrəmanı olub. Belə ki, komandanın kapitanı Norveçin 2 dəfə penaltidən fərqlənməsinə imkan verməyib.
Qeyd edək ki, ardıcıl 6-cı dəfə Avropa çempionu olan Almaniya yığması tarixinədə bu uğura səkkizinci dəfə sevinib. Norveç isə 4-cü dəfə gümüş medal qazanıb.

0
0