Yığmamızın üzvü yenə forma geyindi
28.07.2013 - 22:16
Yığmamızın üzvü yenə forma geyindi
Rusiya I divizionunda IV turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Şamil Qurbanovun heyətində çıxış etdiyi “Baltika” səfərdə Nijnekamsk “Nefteximek”in qonağı olub.

Matçda Qurbanovun komandası 1:0 hesabı ilə qələbə qazanıb.

Görüşdə Şamildə də iştirak edib. O, qarşılaşmanın 90+1-ci dəqiqəsində Maksim Plopanın əvəzinə meydana daxil olub.

Bu qələbədən sonra “Baltika” 8 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib.

Qeyd edək ki, Qurbanov ötən tur oyunun 89-cu dəqiqəsində forma şansı əldə edib.