Millimizin müdafiəçisinin məşqini klub prezidenti izlədi - FOTO
28.07.2013 - 23:10
Millimizin müdafiəçisinin məşqini klub prezidenti izlədi - FOTO
Milli komandamızın müdafiəçisi Ufuk Budakın komandası “Əskişəhərspor” Avstriyada təlim məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Türkiyə Superliqasının təmsilçisini sözügedən ölkədə klub prezidenti ziyarət edib.

Komandanın rəhbəri Məsut Hoşcan, klub prezidentinin vəkili Əhmət Yalçın ilə Sosial Xidmətlər üzrə məsul şəxs Bahadır Ünalan Əskişəhər təmsilçisinin axşam məşqinə gəlib. Avstriyada komandandasının hazırlığını izləyən Hoşcan və idarə heyətinin üzvüləri daha sonra məşqçilərdən məlumatlar alıb.

Qeyd edək ki, baş məşqçi Ərtoğrul Sağlamın rəhbərliyi altında Ufuk və digər futbolçular 60 dəqiqə məşq edib.