Qonzalesin Azərbaycanla ilk sınağı
20.09.2013 - 10:40
Qonzalesin Azərbaycanla ilk sınağı
Sabah 19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, I seçmə qrupunda mübarizə aparacaq Azərbaycan milli komandası da ilk sınağına sentyabrın 21-də çıxacaq.

Avstriyada meydan sahibləri, İsrail və Xorvatiya ilə qarşılaşacaq yığmamız ispaniyalı baş məşqçisi Patrisiya Qonzalesin rəhbərliyi altında ilk rəsmi oyununa çıxacaq. Bu ilin fevralında komandaya təyinat alan mütəxəssis hələlik yalnız yoxlama matçlarında komandaya başçılıq edib. 1-ci oyununda futbolçularımız qrupun ən zəif komandası sayılan Xorvatiyanı sınağa çəkəcək.

Qeyd edək ki, növbəti mərhələyə 11 qrupda ilk yeri tutanlar və 2-ci yer sahiblərindən 10 ən yaxşısı çıxır.

21 sentyabr
14:00. Xorvatiya - Azərbaycan
Baş hakim: Emi Reyner (İngiltərə)
Lindabrunn. Lindabrunn stadionu

19:00. Avstriya – İsrail
Baş hakim: Tanya Fernandes Morais (Lüksemburq)
Lindabrunn. Lindabrunn stadionu

23 sentyabr
14:00. İsrail – Xorvatiya
Baş hakim: Tanya Fernandes Morais (Lüksemburq)
Lindabrunn. Lindabrunn stadionu

19:00. Avstriya - Azərbaycan
Baş hakim: Yonka Yeleva-Terziyeva (Bolqarıstan)
Trumau. İdman mərkəzinin stadionu

26 sentyabr
19:00. İsrail - Azərbaycan
Baş hakim: Yonka Yeleva-Terziyeva (Bolqarıstan)
Lindabrunn. Lindabrunn stadionu

19:00. Xorvatiya – Avstriya
Baş hakim: Emi Reyner (İngiltərə)
Trumau. İdman mərkəzinin stadionu