100-ə çatdı – ilk yarımmüdafiəçi
26.01.2021 - 09:45
“Atletik”in futbolçusu Raul Qarsiya İspaniya La Liqasının tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, XX turun “Xetafe” ilə görüşündə (5:1) dubla imza atan futbolçu XXI əsrdə La Liqada 100 qol vuran ilk yarımmüdafiəçi olub.
34 yaşlı ispaniyalı 3 klubun heyətində 100-ə çatıb. O, “Atletik”də 54, “Atletiko”da 26, “Osasuna”da 20 dəfə fərqlənib.
Qeyd edək ki, Qarsiya cari mövsümdə 21 oyunda 6 qol vurub.
0
0