Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək.
Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsində Serbiyanı qonaq edəcək yığmamız tarixində 2-ci dəfə martın 30-da meydana çıxacaq.
İlk belə hadisə 2005-ci ilə təsadüf edib. Yığmamız DÇ-2006-nın seçmə oyununda İngiltərə ilə görüşüb.
16 il əvvəlki qarşılaşmada millimiz Nyukasldan 0:2 hesablı məğlubiyyətlə dönüb. Komandamız ötən il də eyni gündə meydana çıxmalı idi. Lakin koronavirus pandemiyası Malta ilə Ta-Qalidəki yoxlama oyununun keçirilməsinə mane olub.
Qeyd edək ki, sabah baş tutacaq Azərbaycan – Serbiya matçı saat 20:00-da başlayacaq.