2023-cü ilin ən çox qazananları
09.02.2024 - 10:16
2023-cü ilin ən çox qazanan idmançıları bəlli olub.
Apasport.az xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ili zirvədə başa vurub.
Portuqaliya millsinin 38 yaşlı kapitanı ötən il 275 milyon dollar qazanıb. İkinci yerdə qolfçu Con Ram (203 milyon) qərarlaşıb. İlk üçlüyü “İnter Mayami”dən Lionel Messi tamamlayıb. Argentinalının gəliri 130 milyon dollar olub.
Qeyd edək ki, siyahıdakı növbəti yerlərdə basketbolçu Lebron Ceyms (125,7 milyon) və PSJ-nin futbolçusu Kilian Mbappe (125 milyon) qərarlaşıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0