247-ci oldu – milliləşmiş futbolçu
25.03.2021 - 00:54
DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə ilk oyun daha bir futbolçunun Azərbaycan millisində debütü ilə əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, hazırda davam edən matçın ikinci hissəsində Anatoli Nuriyev meydana daxil olub.
Bu, yenicə milliləşdirilmiş yarımmüdafiəçinin ilk oyunudur. Nuriyev milli tarixinə 247-ci futbolçu kimi düşüb. Ona qədər əvvəlki 263 qarşılaşmada 246 oyunçu şans qazanıb.
0
0