İyunun 2-də yoldaşlıq oyununda Belarusla üz-üzə gələcək Azərbaycan millisi tarixində 4-cü dəfə bu rəqiblə görüşəcək.
Apasport.az saytının məlumatına görə, komandalar indiyədək yalnız yoxlama xarakterli görüşlərdə üz-üzə gəlib.
İlk görüş 25 il öncə Belarusun Molodeçno şəhərində keçirilib. Məhsuldar keçən qarşılaşmada 2:2 hesablı heç-heçə qeydə alınıb.
Həmin matç yığmamızın Belarusdakı yeganə görüşüdür. Sonrakı iki oyundan biri Bolqarıstanın Albena şəhərində, digəri Bakıda təşkil olunub.
25 ildən sonra Belarusun qonağı olacaq futbolçularımız indiyədək 1 qələbə qazanıb, 1 heç-heçə edib və 1 dəfə məğlub olub. Rəqiblər hərəyə üç qol vurub.
Azərbaycan – Belarus: Bütün oyunlar
27 may 1996. Molodeçno. YO. Belarus – Azərbaycan – 2:2
26 fevral 2001. Albena. YO. Belarus – Azərbaycan – 0:1
23 mart 2018. Bakı. YO. Azərbaycan – Belarus – 0:1