250-ci – yığma tarixində
30.03.2021 - 21:39
250-ci – yığma tarixində

Azərbaycan millisində yeni futbolçunun debütü gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsinin Serbiya ilə görüşündə Elvin Cəfərquliyev yığmada ilk oyununa çıxıb.

Zədələnən Mahir Emrelini əvəz edən futbolçu millinin tarixinə 250-ci futbolçu kimi düşüb. “Qarabağ”ın futbolçusuna qədər yığma formasını 249 oyunçu geyinmişdi.

Qeyd edək ki, hazırda Serbiya millisi 2:1 hesabı ilə öndədir.