30-cu klubla müqavilə imzaladı – 44 yaşında
10.02.2021 - 01:23
Uruqvay millisinin sabiq futbolçusu Sebastyan Abreu özünə yeni klub tapıb.
Apasport.az saytının məlumatına görə, 44 yaşlı veteran karyerasını Braziliyada davam etdirəcək.
O, Minas-Jeraysın “Atletik” klubu ilə müqavilə imzalayıb. Bu, Abreunun karyerasında nə az, nə çox – 30-cu komandadır. Abreu özünün sahib olduğu rekordu yeniləyib.
Qeyd edək ki, “Atletik” 51 ildən sonra bu yaxınlarda Minas-Jerays ştatının birinci divizionuna yüksəlib.
0
0