300-cü oyunda 259-cu qol – Levandovskidən
07.11.2020 - 22:55
Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovski Münhen təmsilçisində yubiley – 300-cü oyununda da qol vurub.
Apasport.az saytının məlumatına görə, 2014-cü ildə Dortmund “Borussiya”sından transfer olunan hücumçu sabiq komandası ilə görüşdə fərqlənib.
Dortmunddakı qarşılaşmada 300-cü dəfə “Bavariya” forması geyinən polşalı forvard 259-cu qoluna imza atıb. 32 yaşlı polşalının orta məhsuldarlığı 0,86-ya bərabərdir.
Qeyd edək ki, Levandovskinin qolu ilə qonaqlar hesabda önə keçib – 2:1.
0
0