36-cı mövsümə başladı – 54 yaşlı veteran
10.03.2021 - 22:12
Yaponiyanın “Yokoqama” klubunun futbolçusu Kadzuesi Miura mövsümdə ilk oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, hücumçu Cey-liqanın III turunun “Urava” ilə görüşündə şans qazanıb.
Bununla da 54 yaşlı hücumçu karyerasında 36-cı mövsümə start verib. Karyerasına 1986-cı ildə start verən futbolçunun ilk komandası Braziliya təmsilçisi “Santos” olub.
Qeyd edək ki, 1990-2000-ci illərdə Yaponiya millisində 89 oyuna 55 qol vuran Miura beş müxtəlif onillikdə oynamış yeganə futbolçudur.
0
0