36 yaşında öldü – Türkiyədə oynamış futbolçu
23.01.2021 - 22:34
Yamayka millisinin sabiq futbolçusu Luton Şelton vəfat edib.
Apasport.az saytının məlumatına görə, buna səbəb hücumçunun ağır xəstəlikdən əziyyət çəkməsi olub.
Dünən 36 yaşını tamamlayan Şelton nadir xəstəlik sayılan yan amiotrofik sklerozdan dünyasını dəyişib.
Qeyd edək ki, İngiltərədə “Şeffild Yunayted”in formasını geyinmiş Luton Şelton 2011-2013-cü illərdə Türkiyə klubu “Karabükspor”un şərəfini qoruyub.
0
0