Avropa Liqasının qrup mərhələsində I dövrəyə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, İ qrupunda keçirdiyi hər üç qarşılaşmada uduzan Qurban Qurbanovun yetirmələri dövrəni xalsız başa vurub.
Ağdam təmsilçisi qrup mərhələsində xal toplamayan 7 komandadan biridir. 48 iştirakçıdan yalnız yeddisi hər üç görüşdə uduzub.
İsraildə Təl-Əviv “Makkabi”sinə 0:1, Türkiyədə İspaniya “Vilyarreal”ına 1:3, yerli “Sivasspor”a 0:2 hesabı ilə uduzan “Qarabağ” bu görüşlərdə 1 qol vurub və
6-nı buraxıb. Təmsilçimiz xalı olmayanlar arasında top fərqinə görə 5-cidir.
Qurbanovun yetirmələri turnirdə iştirak edənlərdən yalnız ikisini üstələyir. Bunlar Ukrayna “Zarya”sı və Belçika “Standard”ıdır. Bu isə o deməkdir ki, “Qarabağ” I dövrədə 48 komanda arasında 46-cıdır.
J |
Lüdoqorets (Bolqarıstan) |
3 |
0 |
0 |
3 |
5-9 |
0 |
B |
Dandolk (İrlandiya) |
3 |
0 |
0 |
3 |
4-9 |
0 |
F |
Riyeka (Xorvatiya) |
3 |
0 |
0 |
3 |
2-7 |
0 |
L |
Gent (Belçika) |
3 |
0 |
0 |
3 |
2-7 |
0 |
İ |
Qarabağ (Azərbaycan) |
3 |
0 |
0 |
3 |
1-6 |
0 |
G |
Zarya (Ukrayna) |
3 |
0 |
0 |
3 |
2-9 |
0 |
D |
Standard (Belçika) |
3 |
0 |
0 |
3 |
1-8 |
0 |