66 ildən sonra – “Enfild” qələbəni unudub
08.03.2021 - 00:16
İngiltərənin “Liverpul” klubunun evdəki qələbə həsrəti 8 oyuna çatıb.
Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XXVII turunda “Enfild” stadionunda “Fulhem”ə 0:1 hesabı ilə uduzan Yurgen Kloppun yetirmələri son 66 ilin antirekorduna imza atıb.
“Liverpul” sonuncu dəfə 1955-ci ildə evdə belə uzunmüddətli qələbəsizlik yaşayıb. “Mersisaydlılar” həm də ardıcıl 6-cı ev məğlubiyyətilə öz antirekordunu yeniləyib.
0
0