7-ci ilə getdi – paytaxt klubundan
24.01.2021 - 14:02
7-ci ilə getdi – paytaxt klubundan

Yunis Hüseynovun “Keşlə”dən ayrılması Azərbaycan Premyer Liqasında mövsümün ikinci istefası olub.

Apasport.az saytının məlumatına görə, bunadək yalnız “Neftçi” çalışdırıcı dəyişikliyinə gedərək Füzuli Məmmədovu Samir Abasovla əvəzləmişdi.

Mövsümün startı ərəfəsində paytaxt klubunun “sükanı arxası”na keçən Hüseynov 2020-ci ilin yayından indiyədək komandanı cəmi 15 oyuna çıxarıb. Bu görüşlərdə bakılılar 3 qələbə qazanıb, 5 heç-heçə edib və 7 dəfə uduzub.

7-ci məğlubiyyət “Sumqayıt”la XIV turun görüşünə təsadüf edib – 0:1. Bu, onun komandada son görüşü olub. 13 qola sevinin mütəxəssis 21 qolun buraxılmasına üzülüb.

Bu matçlardan 14-ü Premyer Liqa, biri Avropa Liqasında baş tutub. Avrokubok görüşü penaltilər seriyasında məğlubiyyətin qeydə alındığı qolsuz heç-heçə ilə bitib.