8 yeni yoluxma – Premyer Liqada
25.01.2021 - 22:23
8 yeni yoluxma – Premyer Liqada

İngiltərə Premyer Liqa klublarının növbəti koronavirus testinin nəticələri açıqlanıb.

Apasport.az xəbər verir ki, Premyer Liqanın rəsmi saytı yanvarın 18-dən 24-nə qədər götürülən testlərin nəticələri barədə məlumat yayıb.

Bildirilib ki, məşqçilər, futbolçular və klub işçilərindən götürülən testin nəticəsi cəmi 8 nəfərdə müsbət çıxıb. Adları açıqlanmayan həmin şəxslər karantinə alınıb və müayinələrinə başlanılıb.

Qeyd edək ki, bir həftə əvvəl Premyer Liqada 16 koronavirusa yoluxma faktı aşkarlanmışdı.