AFFA Futbol İnkişaf Fondunu aktivləşdirmək istəyir
02.02.2022 - 10:42
AFFA Futbol İnkişaf Fondunu aktivləşdirmək istəyir

“Bir neçə il əvvəl AFFA tərəfindən Futbol İnkişaf Fondu təsis olunub”.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qurumun bugünkü Hesabat Konfransında deyib.

O, fondun vasitəçilik rolunu oynadığını bildirib: “Bu mövsümdən Futbol İnkişaf Fondunu daha da aktivləşdirməyə çalışacağıq. Bu məsələ bir az sonra AFFA İcraiyyə Komitəsinin iclasında da müzakirə olunacaq”.

Vurğulanıb ki, əsas məqsəd region klublarına dayanıqlı mənbə tapmaq olacaq. Region Liqasında çıxış edən komandalara sponsorların tapılması missiyasını AFFA yerinə yetirir. Eyni zamanda Gəncə, Tovuz, Mingəçevir, Lənkəran və Zaqatalada nümayəndəlik fəaliyyət göstərəcək.

FİF-in əsas funksiyası klublarla sponsorlar arasında vasitəçilik etmək olacaq. Eyni zamanda hər regionun ayrı fondu olacaq. Orada vəsaitlər toplandıqdan sonra hansısa regiona 1 milyon manat toplanarsa, digər 1 milyonun əldə olunmasında AFFA yardımçı olacaq və həmin rayonun klubu ümumilikdə 2 milyon manatlıq büdcə ilə Azərbaycan Premyer Liqasına buraxılacaq.