Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bu barədə qərar AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən videokonfrans formatlı görüşündə verilib.
Ötən ilin dekabrında müqaviləsi başa çatan xorvatiyalı Nikola Yurçeviçlə yollar ayrıldıqdan sonra boş qalan posta italiyalı Canni De Byazi gətirilib. Komitə üzvləri digər namizədlər Arif Əsədovla irlandiyalı Roy Kinlə müqayisədə apenninli daha düzgün seçim hesab ediblər.
64 yaşlı mütəxəssis UEFA Millətlər Liqasının 2020/21 mövsümündə, həmçinin DÇ-2022-nin seçmə oyunlarında yığmamıza rəhbərlik edəcək.