Alleqrinin “Yuventus”dakı taleyi necə olacaq?
18.03.2022 - 17:19
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri ilə bağlı qərarı bəlli olub.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu Çempionlar Liqası ilə vidalaşmasına baxmayaraq mütəxəssisi postunda saxlayacaq.
Lakin Turin klubunda müəyyən islahatlar da nəzərdə tutulub. Rəhbərlik Alleqrinin məşqçilər korpusunda bəzi dəyişiklikləri zəruri sayır.
Qeyd edək ki, A seriyasının turnir cədvəlində 4-cü sırada qərarlaşan “Yuventus” Çempionlar Liqasında “Vilyarreal”a uduzub.
0
0