Almaniyada qala bilər - Boatenq
10.04.2021 - 17:38
Almaniyada qala bilər - Boatenq

“Bavariya”nın müdafiəçisi Jerom Boatenq daha bir təklif alıb.

Apasport.az saytının məlumatına görə, Bundesliqanın digər təmsilçisi Dortmund “Borussiya”sı da ulduz futbolçunun xidmətində maraqlıdır.

Yayda Münhen klubunu tərk edəcəyi dəqiq olan Boatenq “Borussiya”ya müsbət cavab verərsə, maaşında ciddi şəkildə endirimə getməli olacaq. Çünki dortmundlular onun “Bavariya”dakı 12 milyon avroluq məvacibini ödəmək iqtidarında deyil.

Qeyd edək ki, Jerom Boatenq “Barselona” və “Tottenhem”in də gündəmindədir.