Autsayderin arzusu - Benteke
25.01.2021 - 14:11
Autsayderin arzusu - Benteke

İngiltərənin “Kristal Pelas” klubunun futbolçusu Kristian Benteke Premyer Liqanın digər komandasına keçə bilər.

Apasport.az saytının məlumatına görə, belçikalı hücumçu “Vest Bromviç”in maraq dairəsindədir.

Premyer Liqanın autsayderi mərkəz müdafiəçisini qış transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir. Bentekenin keçidində baş məşqçi Sem Ellardays israrlıdır. 

Lakin klubun maliyyə imkanları bu transferi reallaşdırmağa imkan vermir. Bu üzdən də “Vest Bromviç” icarə ilə kifayətlənmək əzmindədir.

Qeyd edək ki, Benteke cari mövsüm 13 oyunda 3 qol vurub.